Pensiyaçıları sevindirən xəbər | Banco.az

Pensiyaçıları sevindirən xəbər

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyun ayı üçün pensiyaların maliyyələşdirilməsinə artıq başlayıb.

Fondun sədri Elman Mehdiyev deyib ki, bu ay da proses vaxtından əvvəl bitəcək. Amma hələ ki, təqaüdçülər öz pullarını yalnız kartlarının aid olduğu bankın bankomatından çıxarmalıdır.

Çünki digər bankomatlardan komissiyasız vəsait çıxarmaq imkanı verəcək layihə hələ reallaşmayıb.

Qurum rəhbəri deyib ki, bu, Mərkəzi Bankın hazırda üzərində işlədiyi milli ödəniş sisteminin işə düşməsindən asılıdır:

“Bu ayrı-ayrı banklar arasında interfeys əlaqəsinin yaradılmasıdır. Müxtəlif banklarda istifadə olunduğu halda pensiyaçıdan vəsaitin tutulmamasını və bu şərtə imkan verən texniki məsələlərin həllini tələb edir. Hazırda Azərbaycan Mərkəzi Bankı milli ödəniş sisteminin əsaslı bir şəkildə təkminləşdirilməsi istiqamətində iş aparır. Dövlət Sosial Müdafiə Fondu olaraq biz də həmin fəaliyyət kanteksində bu təklifi qaldırmışıq”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et