Paytaxtın mənzil bazarında hazırda vəziyyət necədir? | Banco.az

Paytaxtın mənzil bazarında hazırda vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Statistikaya əsasən 2024-cü ilin ilk 3 ayında əmlak bazarına təklif edilən mənzillərin qiymətində 10 faizdən çox bahalaşma müşahidə edilib.

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Banco.az-a bildirib ki,  hazırda əmlak bazarında vəziyyət stabildir:

“2023-cü ildə əmlak bazarında təqribən 20 faiz bahalaşma müşahidə edildi. Hazırda isə bazarda ipoteka kreditlərinin verilməsinə başlandığına görə, canlanma hiss olunur. Hətta bəzi səbəblərdən qiymətlərdə cüzi enmələri də müşahidə etdik. İpotekayla mənzillərin satılması müştəri qıtığı kimi problemləri aradan qaldırdı”.
Bəzi ərazilərdə xüsusilə də keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərə marağın az olması səbəblərinə toxunan ekspert vurğulayıb ki,  satışın ləng getməsinin əsas səbəbi belə mənzillərin şəhərdən kənarda yerləşməsidir:
“Məsələ ondadır ki, həmin binalar infrasturkturdan uzaq ərazilərdə tikilib. Alıcılar da daha çox ərazidə məktəb, bağça, metro və avtobus xətti olan ərazilərə üstünlük verirlər.Həmin binaları daha uzunmüddətli kreditlərlə də əldə etmək olar”. 

Ekspert onu da qeyd edib ki, bəzi tikinti şirkətləri qısamüddətli faizsiz daxili kreditlə mənzil satsalar da lakin bankdaxili kreditlərin illik faiz dərəcəsi 9-14% arası dəyişir:

Ən sərfəli kredit üçün müraciət et

“Güzəştli kreditlərin illik faiz dərəcəsi 4%, adi ipoteka kreditlərinin isə 7-8% arasıdır. Nəticədə, vətəndaş evi tam ödədikdə bu ev ona öz qiymətinin iki qatına almasına səbəb olur. Bu çox görsənsə də, ödənişin 20-25 ilə ödənildiyini nəzərə aldıqda, normal sayılır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et