Paytaxtda ticarət dövriyyəsi 3,2 faiz artaraq 13 milyard manatı ötüb | Banco.az

Paytaxtda ticarət dövriyyəsi 3,2 faiz artaraq 13 milyard manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 13.141,4 mln. manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5.918,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 7.223,3 mln. manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et