Paytaxtda bankomatların sayı azalıb | Banco.az

Paytaxtda bankomatların sayı azalıb

Azərbaycan ərzisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd azalaraq cari il mayın 1-nə 2 553 ATM təşkil edib.

"Banco.az"ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 412 ədədi  Bakıda, 1 141-i regionlarda yerləşir. 

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 90 ədəd, regionlarda 51 ədəd  azalıb.

Hesabata əsasən, cari il mayın 1-nə ölkədə hər 3,81 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.