"PayPal" bu ölkədə də kriptovalyuta xidmətini aktivləşdirdi | Banco.az

"PayPal" bu ölkədə də kriptovalyuta xidmətini aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

"PayPal" İngiltərədə kriptovalyuta xidmətinə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın onlayn ödəmə xidməti olan "PayPal" İngiltərədəki müştərilərinin bu gündən etibarən 4 müxtəlif kriptovalyuta növü satın ala biləcəklərini elan edib.

Şirkətdən edilən açıqlamaya görə, onlar bu gündən etibarən İngiltərədəki müştərilərin bitkoin, ethereum, bitcoin cash və litecoin kriptovalyutalarını təhlükəsiz şəkildə əldə etməsinə, saxlamasına və satmasına tam cavabdehlik daşıyırlar. 

İngiltərənin ABŞ-dan sonra "PayPal" tərəfindən kriptovalyuta xidməti təqdim edilən ilk ölkə olduğunun vurğulandığı açıqlamada həmçinin qeyd edilib ki, bu ölkədəki müştərilər şirkətin internet saytında və mobil tətbiqində mövcud olan hər hansı kriptovalyuta bölməsi vasitəsilə bank hesabları, "PayPal" balansı və ya bank kartlarından istifadə etməklə kriptovalyuta satın ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 400 milyondan çox müştərisi olan "PayPal"ın bu açıqlamasından sonra ən dəyərli kriptovalyuta olan bitkoinin qiyməti may ayından sonra ilk dəfə 50 min dollardan bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et