Müəllif:Mehin Qasımova/Banco.az
"PayPal" elektron ödəniş sistemi 2,5 minə yaxın tam ştatlı işçilərini ixtisar etməyi planlaşdırır ki, bu da onun ümumi işçilərinin 9%-ni təşkil edir.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, qarşıdakı həftədə həm birbaşa ixtisarlar, həm də il ərzində mövcud vakansiyaların aradan qaldırılması yolu ilə şirkətin rasionallaşdırılması gözlənilir.
Qeyd edək ki, "PayPal"ın səhmləri son bir ildə 20%-dən çox ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!