"PASHA Bank Georgia" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü olan Ağa Əli Kamalovu Cəlal Qasımov əvəzləyib.
Bundan başqa, şuranın üzvlərinin sayı artırılaraq 5-ə çatdırılıb. Belə ki, Taleh Kazımov və Hikmət Cenk Eynehan Müşahidə Şurasının üzvü seçiliblər.