"PAŞA Yatırım Bankası"nın rəhbərliyi dəyişib | Banco.az

"PAŞA Yatırım Bankası"nın rəhbərliyi dəyişib

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi - “PAŞA Yatırım Bankası”nın rəhbərliyi dəyişib.

Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verilir ki, Bankın İdarə Heyətinin (İH) sədri Ağa Ali Kamalov vəzifəsindən azad edilib. Onun yerinə Bankın İH-nin üzvü Cəlal Qasımov təyin edilib.

Bundan başqa, İH-nin müstəqil üzvü Sürəyya Serdengeçti də vəzifəsindən kənarlaşdırılıb. Əvəzində İH-yə iki yeni üzv – Fərid Məmmədov və Meric Uluşahin seçilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" iki il öncə "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et