"PAŞA Sığorta"nın yığımları 35,5% artıb | Banco.az

"PAŞA Sığorta"nın yığımları 35,5% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-iyun aylarında 163 milyon 423 min manat sığorta haqqı yığılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 42 milyon 816 min manat və ya 35,5% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 1 milyon 783 min manat və ya 4,9% artaraq  37 milyon 784 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 120,6 milyon manat, ödənişləri isə 36 milyon manat məbləğində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram