PAŞA Sığorta yeni layihələrə başladı | Banco.az

PAŞA Sığorta yeni layihələrə başladı

PAŞA Sığorta şirkəti sığortanın maarifləndirməsi məqsədi ilə yeni layihələrə başlamışdır.

PAŞA Sığorta şirkəti sığortanın maarifləndirilməsi məqsədiilə 2 yeni layihəyə başlamışdır.  

İlk layihə “Sığortaçı Akademiyası”  çərçivəsində facebook izləyiciləri üçün inşa müsabiqəsinin keçirilməsi ilə bağlıdır. Beləki, dekabrayında ASAN könüllüləri üçün keçirilən Sığortaçı Akademiyası təlimlərinə facebook izləyicilərinin böyük marağı yarandığı üçün, PAŞA Sığorta şirkəti “SIĞORTANIN HƏYATIMIZDA ROLU” mövzusunda ən yaxşı inşa yazacaq 20 iştirakçıya Sığortaçı Akademiyası təlimində iştirak imkanını təqdim edir. İştirak üçün 18-30 yaş arasında olan hər kəs 25 yanvar tarixinə kimi inşalarını [email protected]  electron ünvanına mövzu yerində “SIĞORTANIN HƏYATIMIZDA ROLU” qeyd edərək inşalarını göndərməlidilər.  İnşalar PAŞA Sığorta şirkətinin ekspertləri tərəfindən yoxlanılacaq və nəticələr  fevral ayının ortalarında elan olunacaq. Təlimlərin fevral və mart aylarında keçirilməsi planlanır. Əsas mövzular Risklərin İdarəolunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibatı əhatə edən təlimlər PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçiriləcək.  Təlimin sonunda hər kəsə SERTİFİKATLAR təqdim olunacaq və təlim ərzində fərqlənən bir neçə iştirakçını xüsusi HƏDİYYƏLƏR gözləyir. Sığorta biliklərini artırmaq istəyən hər kəs bu müsabiqəyə qoşula bilər.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin əsas məqsədi gənclər arasında sığorta maarifləndirilməsinin artırılmasından ibarətdir və social xarakter daşıyır.

Digər bir layihə isə “Sığorta Məsləhətçiniz” adlanır.  Bu layihə çərçivəsində 14 yanvardan başlayaraq PAŞA Sığorta şirkətinin ekspertləri hər həftə facebook izləyicilərinin suallarına onlayn şəkildə cavab verəcək. Şirkətdən alınan məlumata əsasən, layihədə hər həftə fərqli departamentlərin rəhbərləri, aparıcı mütəxəssisləri iştirak edəcək. “Sığorta Məsləhətçiniz” layihəsinin də əsas məqsədi sığorta maarifləndirməsini artırmaq və insanların sığorta barədə olan suallarına daha rahat cavab tapmaları üçün şərait yaratmaqdır.

İlkin olaraq 14 yanvar tarixində PAŞA Sığorta şirkətinin Anderraytinq və Təkrarsığorta departamentinin rəhbəri Fərid Hidayətov "Sığorta növləri və risklərin qiymətləndirməsi barədə bilmədikləriniz" mövzusunda facebook izləyicilərinin suallarını cavablandıracaq.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Ən sərfəli krediti almaq üçün müraciət et