PAŞA Sığorta şirkətində yeni təyinat olub | Banco.az

PAŞA Sığorta şirkətində yeni təyinat olub

PAŞA Sığorta şirkətində yeni təyinat olub.

Belə ki, Nuranə Teymurova Paşa Sığortada Agile Transformasiya xidmətinin rəhbəri təyin olunub. Bundan öncə o, adı çəkilən şirkətdə Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsini icra edirdi.

Bundan başqa, o, Paşa Sığortada çalışmazdan əvvəl, Dövlət Neft Fondunda, Azercell şirkətində Marketinq -Yeni texnologiya xidmətləri və layihələrinin baş mütəxəssisi, VAS / Əsas xidmətlər üzrə mütəxəssisi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, Nuranə Teymurova Böyük Britaniyanın Bristol universitetində magistr dərəcəsinə yiyələnib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et