Bu gün hər 8 qadından 1-i süd vəzi xərçənginə tutulma riski altındadır və süd vəzi xərçənginin qadınlar arasında 30% nisbətində ən çox görülən xərçəng növü olduğu bilinir.
Xərçəngin diaqnostikası və müalicəsində görüntüləmə texnologiyalarında yeni inkişaflar çox mühüm rol oynayır. I mərhələdə süd vəzi xərçənginin erkən diaqnozu 100 % sağqalma nisbəti ilə nəticələnirsə, IV mərhələdə isə bu nisbət təxminən yüzdə 22%-ə düşür. Hər il mütəmadi olaraq aparılan mamoqrafiya müayinələri süd vəzi xərçənginin erkən aşkarlanmasına kömək edir və beləliklə də bu xəstəlikdən ölüm riskini 25% - 30 % azaldır.
Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də süd vəzi xərçənginə tutulma halları artmaqdadır. Qadınlarda həyat itkisinə səbəb olan xərçəngin ilk növü olan süd vəzi xərçənginin qarşısının alınmasında erkən diaqnozun çox əhəmiyyətli yeri vardır. Süd vəzi xərçənginin erkən mərhələdə diaqnozu uğurlu müalicə və sağqalma şansını artıra bilir. Erkən diaqnostikada ən mühüm amil insanların maarifləndirilməsidir.
Bu məqsədlə ictimaiyyətin diqqətini süd vəzi xərçəngi xəstəliyi ilə mübarizəyə cəlb etmək, qadınlara vaxtında müayinələrdən keçməyə çağırış etmək üçün PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsulliyyət layihəsinə start verir. PAŞA Sığorta qadınlarımızın erkən yaşlarından maarifləndirmə işlərinə önəmsəyərək profilaktik sağlamlıq maarifləndirilməsi və süd vəzilərinin sağlamlığına qayğı göstərilməsi zərurətindən başlayaraq fəaliyyətini artırmağı hədəfləyir.
Bizi sosial mediada izləyin:
Facebook qrupa qoşul: GüclüSən | Facebook
Instagram: GüclüSən (@guclusen.az) • Instagram photos and videos
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!