PAŞA Sığorta şirkəti inşa müsabiqəsinə start verdi | Banco.az

PAŞA Sığorta şirkəti inşa müsabiqəsinə start verdi

PAŞA Sığorta şirkəti “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində facebook izləyiciləri üçün inşa müsabiqəsinə başlamışdır.

Belə ki, dekabr ayında ASAN könüllüləri üçün keçirilən Sığortaçı Akademiyası təlimlərinə facebook izləyicilərinin böyük marağı yarandığı üçün, PAŞA Sığorta şirkəti “SIĞORTANIN HƏYATIMIZDA ROLU” mövzusunda ən yaxşı inşa yazacaq 20 iştirakçıya Sığortaçı Akademiyası təlimində iştirak imkanını təqdim edir. İştirak üçün 18-30 yaş arasında olan hər kəs 25 yanvar tarixinə kimi inşalarını [email protected] elektron ünvanına mövzu yerində “SIĞORTANIN HƏYATIMIZDA ROLU” qeyd edərək inşalarını göndərməlidilər.

İnşalar PAŞA Sığorta şirkətinin ekspertləri tərəfindən yoxlanılacaq və nəticələr  fevral ayının ortalarında elan olunacaq.

Təlimlərin fevral və mart aylarında keçirilməsi planlanır. Əsas mövzular Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibatı əhatə edən təlimlər PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimin sonunda hər kəsə SERTİFİKATLAR təqdim olunacaq və təlim ərzində fərqlənən bir neçə iştirakçını xüsusi HƏDİYYƏLƏR gözləyir. Sığorta biliklərini artırmaq istəyən hər kəs bu müsabiqəyə qoşula bilər.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin əsas məqsədi gənclər arasında sığorta maarifləndirilməsinin artırılmasından ibarətdir və sosial xarakter daşıyır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 32 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Ən sərfəli krediti almaq üçün müraciət et