“PAŞA Sığorta” şirkəti 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid övladları ilə birgə keçirdi | Banco.az

“PAŞA Sığorta” şirkəti 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid övladları ilə birgə keçirdi

Fəaliyyət göstərdiyi illər ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri ilə hər zaman fərqlənən “PAŞA Sığorta” şirkəti öz ənənəsinə sadiq qalaraq bu il də Uşaqlar Gününü şəhid övladları ilə birgə keçirdi. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün təşkil olunan tədbirdə Lənkəran, Yardımlı, Masallı, Lerik və Biləsuvar bölgələrində yaşayan uşaqlar iştirak etdi.

Tədbir müddətində adı qeyd olunan rayonlarda yaşayan şəhid övladları Bakıya gətirilərək “Kinderland Uşaq Əyləncə” mərkəzində əyləncə dolu gün keçirib. Nahar fasiləsindən sonra uşaqlar “Cəbrayıl” PFK-nın məşqçisi və milli komandamızın sabiq üzvü Cavid Hüseynov ilə görüş keçirib. Görüş zamanı uşaqlar futbol yarışı keçirib və onlara Azərbaycan Futbol Federasiyaları Assosasiyası tərəfindən hədiyyələr təqdim olunub.

Daha sonra uşaqlar PAŞA Sığorta şirkətinin baş ofisinə gələrək ofis və əməkdaşlarla tanış olublar. Burada da səmərəli vaxt keçirən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Gün sonunda uşaqlar şirkət əməkdaşları ilə birgə yaşadıqları bölgələrə geri qayıdaraq ailələrinə təhil verilib. Tədbirdə ümumilikdə 20 şəhid ailəsindən 35 uşaq iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli krediti almaq üçün müraciət et