Paşa Sığorta maliyyə durumunu açıqladı: 13 milyon mənfəət | Banco.az

Paşa Sığorta maliyyə durumunu açıqladı: 13 milyon mənfəət

"Paşa Sığorta" 2017-ci il üzrə yekun maliyyə göstəricilərini açıqlayıb. 

Sözügedən dövrdə şirkətin cəmi aktivləri 153,036 mln. manat olub. Bu isə 2017-ci ilin əvvəli ilə müqayisədə 15,4% və ya 20,396 mln. manat çoxdur. Aktivlərin 28,568 mln. manatını uzunmüddətli aktivlər, 124,469 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.

Şirkətin cəmi öhdəliklərində də artım müşahidə olunub. Belə ki, öhdəliklərin həcmi 1 il ərzində 43% artaraq 2017-ci ilin sonuna 86,884 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Paşa Sığorta" şirkətinin kapitalı azalıb. 

Hesabat ilinin əvvəlindən sonuna doğru şirkətin cəmi kapitalı 5,889 mln. manata yaxın azalaraq 66,153 mln. manata düşüb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 50 mln. manatdır. 

Ötən ilin sonunda sığorta şirkətinin cəmi gəlirləri 111,697 mln. manat, cəmi xərcləri isə 95,203 mln. manat olub. Nəticədə, şirkət 3,4 mln. manata yaxın mənfəət vergisi ödəyərək, 2017-ci ili 13,094 mln. manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et