“PAŞA Sığorta” KASKO sığortası kampaniyası elan edir | Banco.az

“PAŞA Sığorta” KASKO sığortası kampaniyası elan edir

“PAŞA Sığorta” şirkəti yeni “10 il sürən endirim görər” avtonəqliyyat vasitələrininKASKO sığortası kampaniyası elan edir.

“PAŞA Sığorta”şirkəti 10 illik yubileyi ilə əlaqədar avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yeni “10 il sürən endirim görər” KASKO sığortasıkampaniyasınımüştərilərinə təqdim edir.

May ayının 2-dən 15-nə kimi davam edəcək kampaniya müddətində 10 il sürücülük təcrübəsinə malik olan bütün müştərilərə KASKO sığortası məhsullarına 20% endirim təqdim olunacaq. Endirim şirkətin müştərilərinə təqdim etdiyi bütün KASKO sığotası məhsullarına aid edilir. Məhsulun əsas məqsədi müştərilərə daha az vəsait sərf edərək maksimum rahatlıq və güvənlik bəxş etməkdir.

Daima müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran şirkət 10 il ərzində müştərilərinə 115 890 100 manat məbləğində ödəniş həyata keçirmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin sürücülərin maarifləndirilməsi işinə də şirkət tərəfindən böyük diqqət göstərilir. 2014-cü ildə “PAŞA Sığorta” şirkətinin həyata keçirdiyi “Nümunəvi Sürücü” adlı layihə müsabiqənin “İctimaiyyətin Maarifləndirilməsi” nominasiyasının qalibi adına layiq görülməsini buna əyani misal olaraq göstərmək olar.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.