“PAŞA Sığorta” şirkəti bir neçə vakansiya üzrə işçi qəbulu elan edib. Onların sırasına İnformasiya Texnologiyaları üzrə assistent, MIS proqramçı və Maliyyə nəzarəti və hesabatlıq şöbəsinin rəhbəri vakansiyaları daxildir.
İnformasiya Texnologiyaları üzrə assistent
Təhsil: Ali texniki
İş təcrübəsi: Bu sahədə 1-2 il
Biliklər: Windows XP, Windows 7,Windows Server 2008, Windows Server 2012 və s. bu kimi əməliyyat sistemlərinin yükləmə və idarəetmə bacarığı; DHCP, DNS.
Xüsusi bacarıqlar: Daxili müştəri ilə ünsiyyət qurmaq və işləmək bacarığı, analitik düşünmə tərzi.
Şəxsi keyfiyyətlər: Dəqiq, məsuliyyətli, qeyri-emosional, qeyri-aqressiv, çalışqan olmalı, komandada işləmək bacarığı və problemli halları həll etmək qabiliyyəti.
MIS proqramçı
Təhsil: Ali texniki təhsil
İş təcrübəsi: Əlaqəli sahədə 3 il
Biliklər: ASP.Net platforması və C# proqramlaşdırma dili. SQL sorğu dili və Microsoft SQL Server 2008 R2 / 2012. Yaxşı səviyyədə azərbaycan, rus və ingilis dilləri.
Xüsusi bacarıqlar: Daxili müştəri ilə işləmək bacarığı, bir neçə layihəni eyni zamanda idarəetmə bacarığı, təqdimat etmə bacarığı.
Şəxsi keyfiyyətlər: Dəqiqlik, stressə davamlılıq, məsuliyyətlilik, çeviklik, qeyri-emosional, çalışqanlıq, yaranan vəziyyətə tez reaksiya göstərmə bacarığı, kollektivdə çalışma bacarığı, məntiqi və analitik düşünmə tərzi.
Maliyyə nəzarəti və hesabatlıq şöbəsinin rəhbəri
Təhsil: İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil.
İş təcrübəsi: Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 3 il iş təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir).
Biliklər: MS office proqramları üzrə qabaqcıl istifadə biliyi; Yaxşı səviyyədə ingilis və rus dilləri biliyi (CPA, CIMA, ACCA, CFA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir).
Xüsusi bacarıqlar: Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək və idarə etmək, təşkilati bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.
Şəxsi keyfiyyətlər: Diqqətli, dəqiq, stressə davamlı, qeyri-emosional, enerjili, təşəbbüskar və məsuliyyətli.
“PAŞA Sığorta” şirkətində karyera qurmaq arzusunda olan namizədlər bu ünvana müraciət edə bilərlər: [email protected]
Təqdim edilmiş CV-lər (rezümelər) nəzərdən keçirilib qeydiyyata alınacaqlar. Şirkətdə yeni vakansiya yaranan kimi, əgər namizədin təhsil səviyyəsi, əmək təcrübəsi, bilik və bacarıqları onun arzuladığı vəzifəyə müvafiq olacaqsa, onda bu namizəd müsahibəyə dəvət ediləcək.
Mənbə: fins.az