Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, oktyabr ayında Unicapital ASC (241 mln manat) brokerlərin renkinqinə başçılıq edir. O digər rəqibərini isə ən az 7 dəfə qabaqlayaraq, əlçatmaz mövqedə dayanıb.
Qeyd edək ki, Paşa Kapital uzun müddət idi ki, brokerlərin siyahısında lider olaraq qalmaqda idi. Lakin oktyabrda 54 mln.la ikinci pilləyə enib.
Növbəti yerdə AzFinance Invest (32 mln) qərarlaşıb.
Xalq Kapital və Brokdil-AZ isə siyahıda 4-cü və 5-ci yerləri bölüşüblər.
Çelsi Kapital və Texnika Kapital Menecmentin əməliyyatlarının həcmi təxminən bərabər olub.
Standard Kapital və BoB Brokerin hər biri təxminən 5 min manatlıq əqd bağlayaraq növbəti pilləyə sahibləniblər.
Xidmətlərin həcminə görə brokerlərin reytinqi (oktyabr, 2015)
Xidmətlərin həcminə görə yeri |
Brokerlər |
Əməliyyatlarının həcmi (AZN) |
1 - (4) |
Unicapital ASC |
241 302 741.32 |
2 - (1) |
Paşa Kapital MMC |
54 119 964.58 |
3 - (5) |
AzFinance İnvestisiya Şirkəti QSC |
32 776 478.38 |
4 - (6) |
Xalq Kapital MMC |
1 938 605.23 |
5 - (2) |
Brokdil-AZ MMC |
1 000 000.00 |
6 - (10) |
Çelsi Kapital MMC |
286 555.60 |
7 - (7) |
Texnika Kapital Menecment MMC |
220 490.00 |
8 - (3) |
BoB Broker MMC |
5 422.08 |
9 - (8) |
Standard Kapital MMC |
5 422.08 |