"PAŞA Həyat" sığorta şirkəti kredit götürən şəxslərin həyat sığortası növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.
Banco.az "Report"a istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 47 600 manatlıq sığorta məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı sığorta hadisəsinə görə 185,9 min manata yaxın sığorta ödənişi verilib.
“PAŞA Həyat" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,25 mln. manat təşkil edib.