PAŞA Həyat şirkəti artıq yeni ünvanda | Banco.az

PAŞA Həyat şirkəti artıq yeni ünvanda

Bu il 10 illik yubileyini qeyd edən Azərbaycanın lider həyat sığortası şirkəti PAŞA Həyat M.Useynov prospekti, 61 ünvanında (Əl oyunları sarayı ilə üzbəüz) yerləşən “Sahil Plaza” adlanan yeni binaya köçür.

Qeyd etmək istərdik ki, bundan öncə PAŞA Həyat şirkətinin baş ofisi Mayakovski 15 ünvanında yerləşirdi. Şirkətin baş ofisi 14 sentyabrdan etibarən artıq yeni ünvanda fəaliyyət göstərəcək.

Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram