"Paşa Həyat Sığorta" yığımlarını və ödənişlərini artırıb | Banco.az

"Paşa Həyat Sığorta" yığımlarını və ödənişlərini artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-sentyabr aylarında 402 milyon 759 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 92 milyon 250 min manat və ya 29,7% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə 200 milyon 38 min manat məbləğində olub ki, bu da illik 40 milyon 596 min manat və ya 25,5% artım deməkdir.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram