"Paşa Həyat Sığorta" yığımlarını 36,4% artırıb | Banco.az

"Paşa Həyat Sığorta" yığımlarını 36,4% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-iyun aylarında 281 milyon 828 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 75 milyon 179 min manat və ya 36,4% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə 113,4 milyon manat məbləğində olub ki, bu da illik 55,9% artım deməkdir.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorunun ən çox yığım edən şirkətidir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram