"Paşa Həyat Sığorta" yığımlarını 30% artırıb | Banco.az

"Paşa Həyat Sığorta" yığımlarını 30% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-avqust aylarında 362 milyon 661 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 83 milyon 674 min manat və ya 30% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə 177 milyon 122 min manat məbləğində olub ki, bu da illik 34 milyon 748 min manat və ya 24,4% artım deməkdir.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir. 

Həmçinin oxu: 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram