PAŞA Həyat Sığorta Şirkəti öz təcrübəsini tələbələrlə bölüşür | Banco.az

PAŞA Həyat Sığorta Şirkəti öz təcrübəsini tələbələrlə bölüşür

Dekabrın 3-5-dək PAŞA Həyat Sığorta Şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlimlərə başlayıb.

Təlimi şirkətin Risklərin İdarəedilməsi şöbəsinin müdiri Pərviz Quliyev keçirir.

Təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır. Təlimlərin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan universitetin istedadlı və qabiliyyətli tələbə və magistrləri gələcəkdə PAŞA Həyat Sığorta ASC-də uzunmüddətli təcrübə keçmək şansı da əldə edəcəklər.

Qeyd: ADİU ilə PAŞA Həyat Sığorta Şirkəti arasındakı anlaşma çərçivəsində cari tədris ili ərzində müxtəlif mövzular üzrə təlimlər mütəmadi olaraq keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et