"Paşa Həyat Sığorta" sektorda liderliyini qoruyur | Banco.az

"Paşa Həyat Sığorta" sektorda liderliyini qoruyur

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Həyat Sığorta" şirkətinin hesabına ötən ilin yanvar-noyabr aylarında 473 milyon 790 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 97 milyon 787 min manat və ya 26,1% çoxdur.

Hesabat ayları ərzində şirkətin sığorta ödənişləri isə 245 milyon 346 min manat məbləğində olub. Bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 44 milyon 539 min manat və ya 22,9% artım deməkdir.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram