“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 30,350 min manat həcmində ödəniş həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildiriblər ki, istehsalat zamanı ayrı-ayrı vaxtlarda baş vermiş bədbəxt hadisə nəticəsində (iki müəssisənin, o cümlədən boru istehsalı və avto-xidmət sektoruna aid müəssisələr) iki işçi həyatını itirib. Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 22,080 min manat və 8,270 min manat həcmində sığorta ödənişləri verilib.