Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildiriblər ki, tikinti işləri ilə məşğul olan şirkətlərin birində çalışan işçi bədbəxt hadisə nəticəsində həyatını itirib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 26,123 min manat həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin yanvar ayından indiyədək 2,736 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib. Bunun 63 faizi, yəni 1,732 milyon manatı istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.
azertag.az