“PAŞA Həyat Sığorta” 25 min manat məbləğində ödəniş edib | Banco.az

“PAŞA Həyat Sığorta” 25 min manat məbləğində ödəniş edib

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildiriblər ki, “Həyatın müddətli sığortası” növü üzrə “PAŞA Həyat”da sığortalanmış şəxs xəstəlik nəticəsində vəfat edib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış qrup halında könüllü həyat sığortası müqaviləsində qeyd edilən şərtlərə uyğun olaraq, 25 min manat həcmində birdəfəlik sığorta ödənişi (sığorta məbləğinin 100 faizi) vəfat etmiş şəxsin ailəsinə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin yanvarından indiyədək ümumilikdə 2,831 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib. Bunun 37 faizi (1,048 milyon manat) könüllü həyat sığortası növlərinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et