“PAŞA Həyat” 326 min manata yaxın ödəniş verib | Banco.az

“PAŞA Həyat” 326 min manata yaxın ödəniş verib

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişlərini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, neft istehsalı ilə məşğul olan şirkətin üç işçisi eyni vaxtda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Ən sərfəli kredit üçün müraciət et

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 129,194 min manat, 115,003 min manat və 81,532 min manat həcmində sığorta ödənişi verilib.

trend.az