Paşa Bank qiymətli kağızlara investisiyanı azaldıb, ötən il ölkə ərazisində yaşanan maliyyə durumu ilə əlaqədar, qiymətli kağızlara invisitisyaların dayandırılması daha məqsədəuyğun hesab olunub.
Paşa Bank, 2018-2020-ci illər üçün strategiyasını bəlli edir, korporativ bankçılıq, kiçik və orta sahibkarlara dəstək və fərdi bankçılığın inkişafı əsas prioritetdir, kənd təsərrüfatı, innovasiya layihələri, nəqliyyat və istehsalatın maliyyələşdirilməsi əsas istiqamətlər olacaq.
Paşa Bank, nə bu il, nə də növbəti üç ildə İran bazarına daxil olmağı planlaşdırmır. Bu bazar maraqlı və böyükdür, lakin sanksiyalardan dolayı həm də risklidir.
Paşa Bankın yaxın gələcəkdə konsolidasiya ilə bağlı heç bir niyyəti yoxdur.
Bank bu il 20 milyon manata yaxın vergi ödəmişdir, onun 15 milyondan çox hissəsi Azərbacan dövlətinə ödənmiş vergilərdir.
Paşa Bankın cəmi mənfəəti 382% artaraq, 14 mln manatdan 69 mln manata çatmışdır.
Bankın müştərilər qarşısında öhdəliklərinin artması,müştərilərə ödənilməli olan məbləğlərin 71% artması ilə izah olunur, bu da qanunvericilikdə olan dəyişiklikdən irəli gələrək, nağdsız əməliyyatların artması və müştəri hesablarında qalıqların yüksəlməsi ilə bağlıdır. Öz növbəsində bunlar bankın likvidliyinin artmasına və 50 milyon manatlıq planlaşdırılmış not emisiyasının təxirə salınmasına gətirib çıxarmışdır.
Bank Sumqayıt fililalın açılışını təxirə salıb. Araşdırma və sorğular göstərib ki, müştərilər Bakı ofisində xidmət olunmağa üstünlük verirlər.
2014- 2016-cı illərdə müştərilərin valyuta əməliyyatların həcmi 1,5 milyard manatdan 4,3 milyard manata yüksəlmişdir. Korporativ müştərilərin sayı isə 534-dən 2202-yə yüksəlib. Nətcədə 2015-2016-ci illərdə, bankın valyuta əməliyyatlarında xalis gəlirləri 91% artaraq, 1,662 mln manatdan 68,871 min manat çatmışdır.