“PAŞA Bank” ASC 2018-ci ilin 9 ayını 50 milyon 429 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “PAŞA Bank” ASC 2017-ci ilin 9 ayını 29 milyon 70 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın qazancı 73,5% artıb.
“PAŞA Bank” 2018-ci ilin 1-ci rübüdə 6 milyon 532 min manat, 2-ci rübündə 15 milyon 630 min manat, 3-cü rübündə isə 28 milyon 267 min manat xalis mənfəət əldə edib.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
Cari ilin yanvar-sentyabr dövründə “PAŞA Bank”ın cəmi gəlirləri 146 milyon 615 min manat, o cümlədən faiz gəlirləri 124 milyon 263 min manat, qeyri-faiz gəlirləri 22 milyon 352 min manat təşkil edib.
2017-ci ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 161 milyon 91 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 559 min manat, qeyri-faiz gəlirləri 38 milyon 532 min manat təşkil etmişdi. Qeyri-faiz gəlirlərinin azalması xarici valyuta ilə əməliyyatlardan gəlirlərin 27 milyon 978 min manatdan 11 milyon 483 min manata düşməsidir. Manatın məzənnəsi sabitləşdiyindən spredlər də azalıb və bu azalma bankların gəlirlərinə mənfi təsitr göstərib.
“PAŞA Bank” cari ilin 9 ayında 146 milyon 615 min manat gəlirə qarşı 94 milyon 887 min manat xərcləyib. Bank 51 milyon 728 min manat əməliyyat mənfəətindən 1 milyon 299 min manat mənfəət vergisi ödəyib.
Marja.az