Türkiyənin “SAHA” – korporativ idarəetmə və kredit təsnifatı xidmətləri anonim şirkəti “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi olan “PAŞA Yatırım Bankası"nın reyinqini 92,64-dən 92,85-ə yüksəldib.
Bu barədə “Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir.
Bu, 10 ballıq şkala üzrə reytinqin 9,26-dan 9,29-a yüksəlməsi deməkdir.
Qeyd edək ki, “SAHA”nın 1 iyul 2016-cı ildə açıqladığı dünya üzrə korporativ idarəetmə indeksində “PAŞA Yatırım Bankası” 1-ci qrupa aid edilib.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2014-cü ilin sonunda, 2015-ci ilin əvvəlində "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.