“PAŞA Bank”ın nizamnamə kapitalı artırılacaq | Banco.az

“PAŞA Bank”ın nizamnamə kapitalı artırılacaq

“PAŞA Bank” 2020-ci ildə nizamnamə kapitalını artırmağı planlaşdırır. Bu barədə bankın baş maliyyə inzibatçısı, İdarə Heyətinin üzvü Bəhruz Nağıyev məlumat verib.

“Biz kredit portfelinin artırılması barədə fəal müzakirə aparırıq. Düşünürəm ki, bu ilin sonuna qədər artım gözləməyə dəyməz, 2020-ci ilin birinci yarısından isə nizamnamə kapitalı artırılacaq”, - deyə o, bu gün 2019-cu ilin I yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

B.Nağıyev əlavə edib ki, hazırda nizamnamə kapitalının artırılması məsələsi müzakirə edilir.

Hazırda bankın nizamnamə kapitalı 333 milyon manatdır.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et