PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən 24-25 noyabr tarixlərində növbəti 6-cı Fintech Hackathon təşkil olunacaq. Bu dəfəki tədbirin əsas məqsədi korporativ və fərdi müştərilərin istifadəsi üçün maliyyə texnologiyalarının hazırlanıb inkişaf etdirilməsidir. Fintech developerlər və dizaynerləri bir araya toplayan Hackathonda ənənəvi olaraq iştirakçılar 36 saat ərzində məhsullar hazırlayıb jürilərə təqdim edəcəklər.
Qaliblər PAŞA Bank tərəfindən dəyərli hədiyyələr və mükafatla təltif olunacaqlar.
Siz də iştirak edib qalib ola bilərsiniz. Ətraflı məlumat və müraciət üçün: http://www.hackathon.barama.az/