PAŞA Bankın baş sponsorluğu ilə “Karyera Hazırlığı Həftəsi” keçirilir | Banco.az

PAŞA Bankın baş sponsorluğu ilə “Karyera Hazırlığı Həftəsi” keçirilir

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, gənclərə peşəkar inkişaf və karyera yolunda dəstək olmağa davam edir. Belə ki, Bankın baş sponsorluğu ilə ADA Universitetinin Karyera Mərkəzi tərəfindən “Karyera Hazırlığı Həftəsi” keçirilir.

Aprel ayının 1-dən 10-dək davam edəcək bu tədbir çərçivəsində maliyyə, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 14 yerli və xarici müəssisənin, o cümlədən şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun yüksək ixtisaslı peşəkarları tələbələrə onlayn surətdə təlim və seminarlar keçəcək. Beləliklə də, müvafiq qurumların nümayəndələri tələbələri təmsil etdikləri sahə üzrə yeni trendlər, karyera fürsətləri, eləcə də əmək bazarının dəyişkən tələbləri barədə məlumatlandıracaq və onlara təhsildən iş mühitinə olan keçiddə bələdçilik edəcək.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi, “DOST” Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi, o cümlədən bir sıra müəssisələr, konsaltinq şirkətləri və maliyyə qurumları tədbirin tərəfdaşları qismində yer alıb.

Xatırladaq ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et