“PAŞA Bank”dan Ramazan bayramı münasibətilə xeyriyyə təşəbbüsü | Banco.az

“PAŞA Bank”dan Ramazan bayramı münasibətilə xeyriyyə təşəbbüsü

“PAŞA Bank”, korporativ sosial məsuliyyətli təşkilat olaraq Ramazan bayramı ərəfəsində növbəti xeyriyyə kampaniyasını keçirib. Belə ki, may ayının 11-də Bank əməkdaşları Sumqayıt şəhərində məskunlaşmış ahıllarla görüşüb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində ümumilikdə 50 ailəyə bayram sovqatı təqdim olunub.

Qeyd edək ki, xeyriyyə təşəbbüslərinə xüsusi diqqət ayıran “PAŞA Bank”, İkinci Qarabağ müharibəsi dövründə də bu istiqamətdəki fəaliyyətini davam etdirib. Bu dövrdə Bank, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, ASAN könüllüləri və digər təşkilatlarla birgə müxtəlif xeyriyyə kampaniyalarına dəstək verib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et