PAŞA Bankdan müştərilərə pulsuz POS–terminal! | Banco.az

PAŞA Bankdan müştərilərə pulsuz POS–terminal!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinin ehtiyaclarını nəzərə alaraq, innovativ, sadə və rahat istifadəçi interfeysinə malik onlayn funksionallıqlarını istifadəyə verməkdə davam edir. Bu həllərdən biri də günümüzdə ən böyük tələbatın olduğu POS–terminallardır.

Belə ki, ticarət və xidmət sahələrində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar Bankın filialına gəlmədən POS-terminalların sifarişini artıq onlayn rejimdə həyata keçirə bilirlər!

POS-terminal pulsuz təqdim olunur, əlavə depozit məbləğinin yerləşdirilməsi tələb olunmur və yalnız POS-terminaldan keçirilmiş dövriyyə üzrə komissiya ödənilir. 

PAŞA Bank POS-terminalı olmayan, terminalı bankda ilk dəfə onlayn sifariş edən və müəyyən şərtlərə cavab verən biznes sahibləri üçün isə güzəştlər də tətbiq olunur!

Ən sərfəli kredit üçün müraciət et

Xüsusi şərtlərləPOS-terminalı sifariş etmək üçün keçidə klikləyin!

https://pashabank.digital/login#/signup

Qeyd edək ki, bu PAŞA Bankın təqdim etdiyi rəqəmsal həllərdən biridir və Bank öz müştərilərinə bundan əlavə daha 4 rəqəmsal məhsul təklif edir. İstifadəçilər Onlayn Bank xidmətinə keçərəkrəqəmsal məhsullardan onlayn rejimdə faydalana bilirlər.

PAŞA Bank

Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq!

Ən sərfəli krediti almaq üçün müraciət et