Paşa Bankda rəhbər dəyişikliyi edildi | Banco.az

Paşa Bankda rəhbər dəyişikliyi edildi

"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "PaşaBank"ın İdarə Heyətinin sədri təyin edilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

Cəlal Qasımov 21 sentyabr 1979-cu ildə anadan olmuşdur.

1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir.

2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alır.Müxtəlif vaxtlarda aşağıdakı beynəlxalq seminarlarda, treninq-kurslarda iştirak etmişdir:

McKinsey şirkətin daxili treninq proqramı (Moskva) – Maliyyə Menecmenti, Transevropean Centre Ltd. (London və Edinburq) – Layihə maliyyələşdirməsi və menecmenti- 04/2004, Daxili Audit və Nəzarət ACCA (Böyük Britaniya) – Maliyyə hesabatlarının hazırlanması, İdarəetmə üçün maliyyə məlumatı, İnsanların idarəedilməsi, Məlumat sistemləri, Korporativ və biznes hüququ, Vergitutma-Böyük Britaniyanın vergi sistemi, Maliyyə idarəetməsi və nəzarət, Maliyyə hesabatlığı, Audit və daxili nəzarət və s.Professional fəaliyyətinə 1998-ci ildən yerli şirkətlərin birində mühasib olaraq başlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

1999-2002-ci illərdə İlkbankda əməliyyat departamentinin mütəxəssisi və kredit departamentinin mütəxəssisi vəzifələrində çalışmışdır.

2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində çalışmışdır,

2003-cü ilin ortalarına qədər EUPEC Pipe Coatinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində çalışmışdır.

2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrində çalışmışdır.

Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində işə davam etmişdir.

25 Yanvar 2008 il tarixindən Bank of Baku ASC-nin İdarə Heyətinin Sədridir.

2012-ci ilin fevral ayından başlayaraq Unibankda müxtəlif vəzifələr üzrə çalışmış, 2013-cü ildə Baş İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et