“PAŞA Bank”da “Femmes Digitales” İB-nin mentorları ilə görüş keçirilib | Banco.az

“PAŞA Bank”da “Femmes Digitales” İB-nin mentorları ilə görüş keçirilib

Cəmiyyətdə qadınların rolunun gücləndirilməsinə yönəlmiş tədbirlərin təşəbbüskarı olan “PAŞA Bank”, “Femmes Digitales” İctimai Birliyinin mentorları ilə görüşüb.

Sentyabr ayının 27-də baş tutan görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları ilə görüşən “PAŞA Bank”ın idarə heyətinin üzvü və baş risk inzibatçısı Xəyalə Nağıyeva, Bankın qadın sahibkarlığının və gender bərabərliyinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıb. O, təşkilatlarda risk mədəniyyətinin qurulmasının vacibliyindən, eləcə də rəqəmsal bankçılıq sahəsində risklərin doğru şəkildə idarə edilməsinin əhəmiyyətindən bəhs edib və bu sahədə öz təcrübəsini bölüşüb.

“PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov öz növbəsində Bankın rəqəmsal inkişaf strategiyasından danışıb. O, Bankın ən müasir texnoloji maliyyə vasitələrinin əlçatanlığının artırılması və bazara yeni rəqəmsal həllərin təqdim edilməsi istiqamətindəki fəaliyyətinə də toxunub.

“PAŞA Bank”da “Femmes Digitales” İctimai Birliyi ilə görüş keçirilib

“PAŞA Bank”ın Pərakəndə Bankçılıq departamentinin Rəqəmsal məhsullar şöbəsinin rəhbəri və “Femmes Digitales” İctimai Birliyinin həmtəsisçisi Şəhla Məmmədova Bankın rəqəmsal məhsulların hazırlanması sahəsindəki təcrübəsindən danışıb.

Həmçinin görüş iştirakçıları rəqəmsal məhsulların hazırlanması prosesi və onların tətbiqi vasitəsilə ən yaxşı müştəri təcrübəsinə nail olmağın yolları ilə də tanış olublar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu görüş klubun mentorluq proqramı çərçivəsində keçirilib. Ötən ilin oktyabr ayından başlayan bu proqram, peşəkar mentorların bələdçiliyi ilə klub üzvlərinə karyera çağırışlarının öhdəsindən gəlməkdə, arzularına reallaşdırmaq üçün istiqamətləndirməkdə yardımçı olur.

Xatırladaq ki, “PAŞA Bank”, bütün fəaliyyət sahələrində gender bərabərliyinin təşviq edilməsinə yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirilməsinə dəstək verib. “S.H.E – Beynəlxalq Qadınlar konqresi”, “Scale up” biznes akselerator proqramı və “womENcourage” beynəlxalq konfransı bu tədbirlər sırasındadır.

“PAŞA Bank”da “Femmes Digitales” İctimai Birliyi ilə görüş keçirilib

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et