Paşa Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində onları sevindirdi | Banco.az

Paşa Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində onları sevindirdi

Deyirlər, hər bir uşaq dahi doğulur. Balaca dostlarımızla keçən görüşümüzdə bu fikrin doğruluğunun bir daha şahidi olduq.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağı ziyarət etdik. Sığınacaqda məskunlaşan uşaqlar çəkdikləri rəsmlərlə, yaradıcı potensialları və zəngin təxəyyül gücü ilə hər birimizi heyran etdilər. Biz də, öz növbəmizdə, uşaqlar üçün hazırladığımız hədiyyələrlə onları sevindirməyə çalışdıq.

Arzumuz odur ki, bütün uşaqlar xoşbəxt böyüsün, aydın səma və parlaq günəş altında firavan günlər yaşasın!

#15ilzirvələrdə #15ilbirlikdə

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram