Azərbaycanın “PAŞA Bank” ASC Türkiyənin “TAİB Bank”ının səhmlərinin 80%-ni alır. “PAŞA Bank” bu barədə məlumat verib: "Bununla bağlı Türkiyənin Bank bazarının Tənzimləmə və Nəzarət Təşkilatına müraciət etmişik və onların qərarını gözləyirik".
Bankdan verilən məlumata görə, bu alqı-satqıda “PAŞA Bank”ın tərəfdaşı Türkiyənin "Aksol holdinq" şirkəti olacaq. Yəni “TAİB Bank”ının səhmlərinin 80%-i “PAŞA Bank”a, 20%-i "Aksol holdinq"ə məxsus olacaq.
Bankdan bildirilib ki, Türkiyədə bankın alınmasında məqsəd bu ölkədə böyüyən Azərbaycan biznesinə bank xidmətləri göstərməkdir: "Türkiyədəki fəaliyyətimizi regiondakı biznes imkanlar üzərində qururuq. Yəni regional biznesin inkişafı və bununla bağlı yaranan vəziyyət nəzərə alınır. “PAŞA Bank” bu proseslərdə regional oyunçuya çevrilmək niyyətindədir".
Alqı-satqı başa çatandan sonra ”TAİB Bank”ın adı dəyişdirilərək “PAŞA Bank” adlandırılacaq.
Mənbə: fins.az