PAŞA Bank "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbir təşkil edəcəkdir | Banco.az

PAŞA Bank "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbir təşkil edəcəkdir

PAŞA Bank "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə birgə 6 noyabr 2019-cu il tarixində "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbir təşkil edəcəkdir. Təlim xarakteri daşıyan tədbir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində PAŞA Bankın nümayəndə heyəti tərəfindən həyata keçiriləcəkdir.

Tədbirdə iştirak edəcək biznes nümayəndələri və sahibkarlara aşağıda qeyd olunan mövzularda məlumat veriləcək:

▪Ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu;
▪Təchizat zəncirinin maliyyələşdirilməsi;
▪İnvosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri;
▪Ekspres faktorinq məhsulu;
▪Tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası);
▪Akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s.

İştirak etmək istəyən fiziki və hüquqi şəxslər göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər.

http://training.ereforms.org/

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et