"PAŞA Bank" proqnozlarında dolları 1,65 manatdan hesablayıb | Banco.az

"PAŞA Bank" proqnozlarında dolları 1,65 manatdan hesablayıb

 4 aylıq nəticənin və digər fərziyyələrin əsasında hazırlanmış proqnozun nəticələrinə görə “PAŞA Bank” ASC 2016-cı ili 25-30 mln. manatlıq gəlirliliklə bağlamağı planlaşdırır.  

Bankdan verilən məlumata görə, proqnozun hazırlanması zamanı dollar üçün nəzərdə tutulan məzənnə 1,65 manat, avro üçün 1,71 manatdan hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, proqnozun hazırlanması zamanı bank kredit portfelini 2015-ci ildəki balans səviyyəsində (737 mln. manat), yeni verilmiş kreditlər içərisində qeyri-işlək kreditlərinin həcmi 5% və ehtiyat dərəcəsi 100%, yeni verilmiş kreditlər içərisində standart kreditlərin həcmi 95% və ehtiyat dərəcəsi 1% nəzərdə tutub.

Mənbə : apa.az