PAŞA Bank - "Öz müştərini tanı" | Banco.az

PAŞA Bank - "Öz müştərini tanı"

PAŞA Bank Azərbaycanın bank sektorunun ən gənc banklarından biridir. Bankın yaradılması 2007-ci ilə təsadüf edir. Bu qısa müddət ərzində isə bank bir sıra ciddi nailiyyətlər ilə yadda qalmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Bank Azərbaycan bank sektorundan ən iri kapital həcminə malik investisiya və korporativ bankıdır.

Bankı, sektorda fərqləndirən əsas xüsusiyyətlər hansılardır:

  • Korporativ bank olması
  • Korporativ bankçılıq   b) kommersiya bankçılığı b) biznes bankçılığı
  • Investisiya bankçılığına xüsusi önəm verməsi - İlk dəfə bank sektorunda market-meyker və anderraytinq xidmətlərinin həyata keçirilməsi
  • Prayvit bankçılığı
  • Layihələrin maliyyələşdirilməsi (təchizat sistemlərinin maliyyələşdirilməsi, faktorinq əməliyyatları, kiçik və orta sahibkarlara kreditlər, overdraft. 

İlk növbədə ondan başlayaq ki, hal-hazırda sektordakı əksər banklar riteyl istiqamətinə daha çox önəm verir və öncədən də korporativ sektorda olan banklar daha çox pərakəndəçi bazarı ilə işləməyə meyllidir. Beləliklə PAŞA Bank üçün yeni imkanlar yaranır.

 

Korporativ bankların riteyl ilə işləyən banklardan başlıca fərqləndirən odur ki, bu banklar həm də sosial missiya daşıyırlar. Onlar gündəlik tələbat və ya istehlak krediti verməkdən fərqli olaraq, biznesin inkişafına xidmət edən kreditlər verir, investisiya və yatırım etməklə məşğul olur ki, bu da yeni bizneslərin yaranması, mövcud bizneslərin inkişafı, deməkdir, dolayısı ilə korporativ banklar iqtisadiyyatın inkişafına da öz müsbət təsiri göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın Nizamnamə kapitalı hal-hazırda 333 milyon manat təşkil edir. Səhmdarların Ümumi sayı 2 hüquqi və 1 fiziki şəxsdən ibarətdir. Bankın İdarə etmə strukturu aşağıdakı şəkildə təşkil olunmuşdur:

Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti.

Hal-hazırda Bankın baş ofisi və üç xidmət məntəqəsi fəaliyyət göstərir, əlavə olaraq Bankın Gürcüstan Respublikasında bir nümayəndəliyi və bir kommersiya bankı var. Bankın işçilərinin ümumi sayı 220 nəfərdir.

2013-cü ilin Fevral ayında Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın xarici valyuta üzrə emitentin defolt reytinqini (EDR) - "B+" səviyyəsində "stabil" proqnozu ilə təsdiqləmişdir.

Bankın xarici valyuta üzrə qısamüddətli EDR-i "B" səviyyəsində, davamlılıq reytinqi - "b+" səviyyəsində, dəstəkləmə reytinqi - "5" səviyyəsində, uzunmüddətli EDR dəstəkləmə səviyyəsi "dəstəkləmə səviyyəsi mövcud deyil" kimi təsdiqlənmişdir.

Bankın bəzi maliyyə nəticələri ilə tanış olaq:

Könül Soltanova/Banco.az