PAŞA Bank-ın kredit portfeli 3 milyard manatı ötüb | Banco.az

PAŞA Bank-ın kredit portfeli 3 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 iyul tarixinə 119 milyon 60 min manat təşkil edib. Bu, illik müqayisədə 21 milyon 954 min manat (22,6%) çoxdur. Belə ki, bank 2023-cü ilin yanvar-iyun aylarında 97 milyon 106 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin iyun ayının sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 95 milyon 278 min manat və ya 1,1% artaraq 8 milyard 472 milyon 931 min manata yüksəlib.

Hesabat dövründə PAŞA Bank-ın kredit portfeli 3 milyard 86 milyon 901 min manat təşkil edib ki, bu da illik 342,6 milyon manat (12,5%) artım deməkdir.

İyul ayının əvvəlinə bankın depozit portfeli isə 6 milyard 538 milyon 377 min manat olub. Bunun da 1 milyard 799 milyon 308 min manatını fiziki şəxslərin depozitləri, 4 milyard 739 milyon 69 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram