PAŞA Bank-ın kredit portfeli 3 milyard manata yaxınlaşır | Banco.az

PAŞA Bank-ın kredit portfeli 3 milyard manata yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 yanvar tarixinə 199 milyon 209 min manat təşkil edib. Bu, illik müqayisədə 49 milyon 815 min manat çoxdur. Belə ki, bank 2022-ci ili 149 milyon 394 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 131 milyon 557 min manat və ya 1,5% artaraq 8 milyard 651 milyon 371 min manata yüksəlib.

Ötən il PAŞA Bank-ın kredit portfeli 2 milyard 835 milyon 443 min manat təşkil edib ki, bu da illik 107,4 milyon manat (3,9%) artım deməkdir.

Hesabat dövrünə bankın depozit portfeli isə 6 milyard 935 milyon 175 min manat olub. Bunun da 1 milyard 633 milyon 931 min manatını fiziki şəxslərin depozitləri, 5 milyard 301 milyon 244 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram