“PAŞA Bank” ilə beynəlxalq ödənişləri izləmək artıq daha asandır! | Banco.az

“PAŞA Bank” ilə beynəlxalq ödənişləri izləmək artıq daha asandır!

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ən yaxşı beynəlxalq təcrübələri tətbiq etməklə, biznes proseslərinin səmərəliliyini artırmağa davam edir.

Belə ki, Bank, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (“SWIFT”) qlobal ödənişlər üzrə yeni standartı olan “SWIFT gpi” sisteminə qoşulub.

Beynəlxalq ödənişlər sahəsində müştəri-bank təcrübəsini təkmilləşdirmək məqsədilə işlənib hazırlanmış bu sistem, ölkələrarası köçürmələri tam şəffaf, təhlükəsiz və operativ şəkildə həyata keçirməyə imkan verir. Artıq “PAŞA Bank”ın onlayn bankına əlavə olunan bu funksional ilə müştərilər ödənişləri real vaxt rejimində izləməklə yanaşı, həm də tranzaksiyanın icraat mərhələsi və komissiya haqqı barədə məlumat əldə edə bilir.

Qeyd edək ki, “SWIFT gpi” sistemi vasitəsilə ödənişlər müvafiq sənədlər əlavə olunduqdan sonra 1 gün ərzində alıcıya çatdırılır.

Texnoloji maliyyə vasitələrini və dünya trendlərini daha da əlçatan etməyi hədəfləyən “PAŞA Bank”, bununla da sahibkarlara vaxta qənaət edərək bütün diqqəti bizneslərinin inkişafına yönəltməyə yardım edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et