Paşa Bank ikinci rübdə zərərdə olub | Banco.az

Paşa Bank ikinci rübdə zərərdə olub

Paşa Bank cari ilin ikinci rübünü 10 mln 415 min manat zərərlə başa vurub. Bu haqda Banco.az portalı bankın maliyyə göstəricilərinə istinad edərək məlumat verir.

Bank cari ilin birinci rübünü 23 mln 946 min mənfəətlə başa vurmuş, ikincü rüb isə zərərlə işləmiş və illik ifadədə 13 mln 531 min mənfəətdə olmuşdur.

İkinci rübdə Bankın zərərdə olmasının əsas səbəbi kimi, qeyri faiz xərclərinin  11 mln 572 min manatdan 24 mln 851 manata yüksəlməsini göstərmək olar. Həmçinin bu səbəblər sırasında bankın aktivlər üzrə ayırdığı ehtiyatların 13 mln-dan 23 mln-ya yüksəlməsini də qeyd etmək olar. Bankın ikinci rüb üzrə əməkhaqqı xərcləri də birinci rübdən 3,5 dəfə daha çox olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

2017, 1-ci və 2-cü rüb, Mənfəət və zərər göstəricilərini, milyon AZN

2017-ci ilin ilk yarısı (toplam iki rüb)

Bank həmçinin balans göstəricilərini də açıqlamışdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et