"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 3,393 milyon lari (2,138 milyon manat) mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatlarından məlum olur ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,8% azdır.
9 ay ərzində "PAŞA Bank Gürcüstan"ın faiz gəlirləri 15,16 milyon lari (9,551 milyon manat), faiz xərcləri 3,619 milyon lari (2,28 milyon manat), qeyri-faiz gəlirləri 2,51 milyon lari (1,581 milyon manat) qeyri-faiz xərcləri 9,485 milyon lari (5,976 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 1,173 milyon lari (739 min manat) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 316,139 milyon lari (199,168 milyon manat) olub ki, bu da illik müqayisədə 26% çoxdur. Bunun 146,636 milyon larisi (92,381 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,1% böyüyüb.
Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 207,534 milyon lari (130,746 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 42,55% çoxdur. Bunun 82,41 milyon larisi (51,918 milyon manatı) müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 76,4% böyüyüb.
Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 3,1% artaraq 108,606 milyon lariyə (68,422 milyon manata) çatıb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (64,89 milyon manat) qalıb.
© "Renkinq"