Paşa Bank Gürcüstan-da yeni təyinat olub.
Belə ki, 1 fevral 2018-ci il tarixindən Arda Yusuf Arkun bankın İdarə Heyətinin Sədri təyin olunub.
Arda Yusuf Arkun 1998-ci ildə Nyu-Yorkun Hamilton universitetini İqtisadiyyat və riyaziyyat üzrə bitirib. Universiteti bitirdikdən sonra o, JP Morgan, NY qoşulub və sonra Biznesin İnkişafı və Strategiyası müşaviri kimi Böyük Britaniya və Rumıniyada karyerasını davam etdirib. 2010-cu ildən Azərbaycana gələn Yusuf Arkun, Nar Mobile kimi böyük şirkətlərin İdarə Heyətində təmsil olunub.
Arkun, Paşa Holdinqə 2017-ci ilin avqustundan məsləhətçi olaraq qatılıb.